Sabah Azərbaycanda yağmursuz hava şəraiti hökm sürəcək

Sabah Azərbaycanda yağmursuz hava şəraiti hökm sürəcək

28 Sentyabr 2012 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sentyabrın 29-da Bakı və Abşeron yarımadasında 25-28, Aran rayonlarında 25-32, dağlıq rayonlarda 20-24 dərəcə isti olacaq. Yaxın iki gün ərzində yağıntı gözlənilmir. Yalnız bəzi dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında zəif duman və zəif çiskin müşahidə olunacaq. Sabahdan ölkə ərazisi nisbətən yüksək atmosfer təzyiqi sahəsi altında olacaq. Havanın temperaturu iqlim normasına düşəcək.

O.M.