
Ürəyi 20-25 faiz işləyən Azər Mirzəyev cərrahi əməliyyat olunmayacaq
Azərbaycanın əməkdar artisti, Akademik Milli Dram Teatrının aktyoru Azər Mirzəyevin əməliyyat olunmamasına qərar verilib. Aktyorun həyat yoldaşı Sevinc Mirzəyeva Apa-ya deyib ki, Azər Mirzəyevin 3-4 gündə evə buraxılması nəzərdə tutulur: "Azərin vəziyyəti stabildir. Müalicəsi davam edir və həkimlər qərar veriblər ki, əməliyyat olmasın. Həkimlər bu vəziyyətdə mövcud problemin aradan qalxması üçün müalicə üsuluna üstünlük verirlər. Evə buraxıldıqdan sonra da intensiv müalicə alacaq".
Qeyd edək ki, Azər Mirzəyev hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunur. Aktyorun ürək-damar sistemində ciddi problem yaranıb. Azər Mirzəyevin ürəyi 20-25 faiz işləyir.
O.M.
Digər xəbərlər