
Sabah Afaq Bəşirqızı ürəyindən cərrahi əməliyyat olunacaq
Azərbaycanın xalq artisti, Musiqili Komediya Teatrının aktrisası Afaq Bəşirqızı ürəyindən cərrahiyyə əməliyyatı olunacaq. Bu barədə Apa-ya məlumat verən sənətkarın oğlu Səmral Təhməzov deyib ki, cərrahiyyə əməliyyatı sentyabrın 26-da saat 09:00 üçün nəzərdə tutulur. Aktrisaya ürək-damar çatışmazlığı diaqnozu qoyulub.
Xalq artistinin ürəyində əməliyyatı ürək-damar cərrahı, tibb elmləri namizədi Rəşad Mahmudov həyata keçirəcək. S.Təhməzov bildirib ki, hazırda Afaq Bəşirqızı əməliyyata hazırlanır: "İnşallah hər şeyin yaxşı olacağına inanırıq".
O.M.
Digər xəbərlər