Afaq Bəşirqızı tamaşadan sonra xəstəxanaya yerləşdirildi

Afaq Bəşirqızı tamaşadan sonra xəstəxanaya yerləşdirildi

24 Sentyabr 2012 12:11
Bəyəndim (0) Bəyənmədim (0)

Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızının səhhətində problem yaranıb. Musiqili Komediya Teatrının mətbuat xidmətindən gün.az-a verilən məlumata əsasən, aktrisa sentyabrın 23-də "7 məhbusə anası" tamaşasında oynadıqdan sonra halı pisləşib. O, təcili olaraq Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib. Hazırda A.Bəşirqızının vəziyyəti normaldır, 3-4 gündən sonra evə buraxılacaq. Teatrdan onu da bildiriblər ki, kollektiv və direktor artıq Afaq xanıma baş çəkib, səhhəti ilə maraqlanıblar.

O.M.