
Cennifer Lopez Bakıdadır, istirahət edir
Dünya şöhrətli müğənni Cennifer Lopez dünən gecə saatlarından etibarən Bakıdadır. Pop-ulduzun Bakıda solo konsertini təşkil edən "Omnikomo Music Group"dan verilən məlumata görə, Cennifer Lopez hazırda istirahət edir. Səfər çərçivəsində müğənninin şəhərimizlə tanışlığı və gəzintiyə çıxması nəzərdə tutulur. O Bakı tamaşaçıları üçün eksklüziv şou hazırlayıb. Müğənni ilə birlikdə onun 60 nəfərlik komandası da Los-Ancelesdən Bakıya gəlib.
Dünya şöhrətli müğənni sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda, sentyabrın 23-də isə "Baku Crystal Hall"da çıxış edəcək.
O.M.
Digər xəbərlər