
Düşmən bir neçə istiqamətdə atəşkəs rejimini pozdu
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistan ordusunun bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun işğal olunmuş Şıxlar, Cəvahirli, Şurabad, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər