
Sərxan Sərxan 60 yaşını qeyd edir
Müğənni yubileyini Bakıda qeyd etməyə hazırlaşır
Azərbaycanın və illərdir yaşadığı ölkənin - Rusiyanın əməkdar artisti Sərxan Sərxanın nə az, nə çox, düz 60 yaşı tamam olacaq. Bu mərasimlə əlaqədar 2-3 oktyabrda Azərbaycan Dövlət Filarmoniyasında tədbir keçiriləcək. S.Sərxanın dediyinə görə, yubiley tədbiri Bakıda və Moskvada təşkil olunacaq. İki günlük tədbir üçün xüsusi və yaddaqalan proqram hazırlanır. Hər iki gündə yubilyarın özü və illərdir dostluq əlaqələri işlətdiyi həmkarları, həmçinin, qonaqları çıxış edəcəklər. Müğənni onu da etiraf edib ki, məhz yubiley üçün yeni mahnılar yazdırıb.
O.M.
Digər xəbərlər