Bu gün Müslüm Maqomayevin doğum günüdür

Bu gün Müslüm Maqomayevin doğum günüdür

18 Sentyabr 2012 09:16
Bəyəndim (0) Bəyənmədim (0)
51 yaşında dünyasını dəyişmiş sənətkarın milli musiqimizə bəxş etdiyi dəyərlər müqayisəolunmazdır

Oxumeni.az xəbər verir ki, bu gün görkəmli bəstəkarımız, dirijor, folklorçu, ictimai xadim, Azərbaycan musiqisində Avropa stilində ilk operanın müəllifi, peşəkar musiqili teatrın banilərindən biri kim adını tarixə yazan Müslüm (Əbdülmüslüm) Maqomayevin ad günüdür.

Sentyabrın 18-i, 1885-ci ildə Qax rayonunun İlisu kəndində Məhəmməd Abdulun ailəsində dünyaya göz açan Müslüm gənc yaşlarında İlisu kəndində dəmirçilik etmiş və sonralar Vladiqafqaz şəhərinə köçmüşdür. Burada çeçen qızı ilə evlənərək yaşamını davam etdirmişdir. Ailənin böyük oğlu olan Maqomayev 1912-ci ildən opera dirijorluğu fəaliyyətinə başlamışdır.
"Şah İsmayıl" (1916) və "Nərgiz" (1935) operalarının müəllifidir. 1927-ci ildə Maqomayevin redaktəsi ilə "Azərbaycan Türk Xalq Mahnıları"nın ilk məcmuəsi (Üzeyir Hacıbəyov tərəfindən yazılmış və işlənmişdir) nəşr olunmuşdur.
O müğənni, bəstəkar, SSRİ xalq artisti, mərhum tenor Müslüm Maqomayevin babasıdır. Kinorəssam Məhəmməd Maqomayevin atasıdır.

Müslüm Maqomayev 1937-ci il iyulun 28-də 51 yaşında vəfat edib.

O.M.