Ümumdünya Turizm Təşkilatının nümayəndələri Azərbaycana gəlib
10-cu
Beynəlxalq Turizm və Səyahət Sərgisi çərçivəsində 28 aprel 2011-ci il tarixində
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev
Ümumdünya Turizm Təşkilatının nümayəndələri Dmitri İlyin və Alla Peresolova ilə
görüş keçirib.
Görüş zamanı tərəflər Azərbaycanın Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığı və
onun gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Belə ki,
ÜTT ilə əməkdaşlıq çərçivəsində növbəti iki il ərzində turizm sahəsi üzrə
statistika seminarlarının keçirilməsi nəzərdə tutulub. İlk seminarın təşkili
2011-ci ilin oktyabr ayına planlaşdırılıb.
Bundan
başqa tərəflər cari ilin 19 may tarixində Mədəniyyət və Turizm Naziri Əbülfəs
Qarayevin Ümumdünya Turizm Təşkilatının Baş Direktoru Taleb Rifai ilə görüşünün
Las-Veqasda (ABŞ) keçiriləcək Ümumdünya Turizm Sammiti çərçivəsində təşkil
olunmasının mümkünlüyünü və həmçinin "İpək Yolu" proqramı çərçivəsində əməkdaşlığın
genişləndirilməsi məsələlərini müzakirə edilib.
Sonda Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev ÜTT-nin Baş Direktoru Taleb Rifaini cari ilin oktyabr ayında Azərbaycana səfəri planlaşdırılıb.