"28 May”  metro stansiyası haçan açılacaq?

"28 May” metro stansiyası haçan açılacaq?

14 Sentyabr 2012 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Stansiyanın yeni eskalatorları sentyabrın 15-də saat 12:00-da istifadəyə veriləcək. "28 May" stansiyasının Cəfər Cabbarlı meydanında yerləşən əsas giriş-çıxışında quraşdırılan yeni eskalatorlar sentyabrın 15-i saat 12:00-da açılacaq və sərnişinlərin istifadəsinə veriləcək. Bakı Metropolitenindən ANS PRESS-ə verilən məlumata görə, burada sökülmüş LT tipli 3 ədəd eskalatorun əvəzinə Almaniyanın "Thyssen Krupp" şirkətinin "Viktoriya" tipli 4 ədəd eskalatoru quraşdırılıb.

O.M.