
Məşhur Biq-Ben qülləsinin adı dəyişdirildi
Qüllə bundan sonra kraliça II Yelizavetanın adını daşıyacaq.
London Vestminister sarayındakı məşhur Biq-Ben saat qülləsinin adı dəyişdirilib. Biq-Ben artıq rəsmi olaraq Yelizaveta qülləsi adlandırılacaq. Qüllənin adının dəyişdirilməsinə həsr olunmuş təntənəli mərasim dünən keçirilib. Qülləyə vurulacaq yeni lövhəni İcmalar Palatasının spikeri Con Berkou təqdim edib.
Biq-Benin adının dəyişdirilməsi barədə təklif yayda, II Yelizavetanın 60 illik yubileyi ərəfəsində gündəmə gəlib. Britaniya parlamentinin aşağı palatasının deputatlarının əksəriyyəti bu təklifi dəstəkləyib, İcmalar Palatasının müvafiq Komitəsi iyunun sonlarında müvafiq qərar qəbul edib.
Biq-Ben saat qülləsi 1858-ci ildə inşa olunub. 96,3 metr hündürlüyündə olan qüllə Böyük Britaniyanın əsas simvollarından sayılır.
O.M.
Digər xəbərlər