Misir Mərdanov: “Uzun illər müəllim adına layiq olmayan çoxsaylı adamlar işə götürülüblər”

Misir Mərdanov: “Uzun illər müəllim adına layiq olmayan çoxsaylı adamlar işə götürülüblər”

10 Sentyabr 2012 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

"Uzun illər müəllim adına layiq olmayan çoxsaylı adamlar az saatlar hesabına işə götürülüblər, bu gün biz onları məktəbdən uzaqlaşdırmaqda çox ciddi çətinliklər çəkirik". Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov Bakının təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Bu gün də məktəbdə müəllimin həlledici sima olduğunu deyən nazirin sözlərinə görə, belə müəllimlərin məktəbdən uzaqlaşdırılması üçün çox ciddi şəkildə iş aparılmasa, təhsili istənilən səviyyəyə qaldırmaq mümkün olmayacaq.
"Əgər biz davamlı olaraq ulu öndərin "Təhsil millətimizin gələcəyidir" sözlərini, möhtərəm Prezidentimizin Azərbaycan müəllimlərinin əməyinin yüksək qiymətləndirilməsi sahəsində çoxsaylı fikirlərini xatırlasaq, hər adamı məktəbə müəllim götürə bilmərik", - Mərdanov deyib.
O bildirib ki, məktəbə gedən, müəllim təyinatı alan şəxs həm bacarığı, həm biliyi baxımından seçilmiş olmalıdır.
"Əgər müəllim 45 dəqiqə ərzində qan-tər töküb sinifdən çıxmırsa, ona müəllim deməməliyik. Mən Azərbaycanın gələcəyini yalnız və yalnız bunda görürəm. Biz cəmiyyətin təhsilə olan münasibətini dəyişməliyik", - nazir əlavə edib.

O.M.