Azərbaycanlı müğənni Ramil Səfərovun toyundan danışdı

Azərbaycanlı müğənni Ramil Səfərovun toyundan danışdı

7 Sentyabr 2012 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Ramil Səfərovun azadlığa buraxılması gənc müğənni Aysel Əlizadənin ailəsində bayram əhval-ruhiyyəsi yaradıb. Müğənni Publika.az-a bildirib ki, Ramil Səfərovla onun ailəsini qohumluq əlaqəsi bağlayır.

"Anamla Ramilin atası əmi oğlu, əmi qızıdırlar. Mehriban qohumlar olmuşuq. Ailəsinin çəkdiyi acı günləri onlarla birlikdə paylaşmışıq. Azadlığa buraxılması xəbərini eşidəndə bütün qohumlar bayram havasına girdik. Qohumlarımız onunla görüşüb, göz aydınlığı veriblər. Mən də görüşməyi düşünürəm. Bilirəm ki, görüşmək istəyənlər çoxdur. Ona görə, bu görüşü rahat bir gündə düşünürəm" - deyən Aysel Əlizadə onun evlənəcəyi xəbərdən də danışıb.

"İnşallah toyu olsun, böyük əhval-ruhiyyə ilə həmin toyda iştirak edib, oxuyacam. Bu, bizim çoxdan gözlədiyimiz şad gündür" - deyən Aysel içindəki vətənpərvər ruhdan danışdı.

"Bu mövzuda mahnılarım çox olub. Amma repertuarı təzələməyi düşünürəm. Tezliklə yeni vətənpərvər mahnılar yazılacaq. Yaxın gələcəkdə bu repertuarla, əsgərlər qarşısında çıxış etməyi planlaşdırıram" - deyə o, bildirdi.

O.M.