"Miss Civilization Azerbaijan 2012" qalibi özəl məşqlərə başlayıb

"Miss Civilization Azerbaijan 2012" qalibi özəl məşqlərə başlayıb

7 Sentyabr 2012 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 22-si dünyanın 24 ölkəsinin gözəllərinin yarışacağı "Miss Civilization of The World 2012" Mədəniyyətlər gözəli müsabiqəsində ölkəmizi təmsil edəcək 16 yaşlı Aytac Ağacanova özəl olaraq məşqlərə başlayıb. Bu haqda ANS PRESS-ə müsabiqənin mətbuat katibi Azər Nəsibov məlumat verib. Onun bildirdiyinə görə Aytacın səhnə xoreoqrafiyası ilə yenə də model, xoreoqraf Aleks Kramarenko məşğul olur.

A. Kramarenko Aytacın məşqlərin öhdəsindən indi daha peşəkarcasına gəldiyini bildirib: "Aytac "Miss Civilization Azerbaijan 2012" müsabiqəsinə qatıldığı gündən öz fəallığı ilə seçilib. Göstərilən hər bir hərəkəti dəqiqliyi ilə yadda saxlayıb və göstərə bilib. Məhz həm bu keyfiyyəti, həm də gözoxşayan zahir gözəlliyi münsiflərin daha çox diqqətini çəkdiyindən Aytacı müsabiqənin qalibi edib. Ümid edirik ki, Dünyanın mədəniyyətlər gözəli müsabiqəsində də Aytac münsiflərin diqqətini çəkəcək".

O.M.