“Oxu Məni”nin əməkdaşı ilin jurnalisti seçildi
"Oxu Məni" media qrupunun Mədəniyyət şöbəsinin müdiri, jurnalist Şəlalə Nəriman ilin jurnalisti seçilib. Oxumeni.az-ın verdiyi xəbərə görə, bu gün "Excelsior" hotelində keçirilən təqdimetmə mərasimi "Mədəniyyət və Turizm xəbərləri" portalı tərəfindən yüksək səviyyədə təşkil olunub. Mərasimə dəvət olunan qonaqlar qırmızı xalıdan keçərək tədbirin keçirildiyi zala daxil olublar.
Aparıcılar İlahə Nazimqızı və Zabir Əliyev tədbiri açıq elan ediblər. Daha sonra musiqili proqramın müşayiəti ilə təntənəli təqdimetmə mərasimi başlayıb. Müxtəlif nominasiyalarda jurnalistlər, televiziya aparıcıları, modelyerlər, aktyorlar və digər mədəniyyət xadimləri fəxri adlarla təltif olunublar. "Star-2012" mükafatının qalibləri sırasında "İlin jurnalisti" nominasiyası üzrə Şəlalə Nəriman da qalib elan olunub.
Xatırladaq ki, qaliblər sosial şəbəkələrdə keçirilən rəy sorğusu əsasında seçiliblər.
Yüksək nailiyyətlər qazanmaları münasibətlə həmkarımızı və bütün qalibləri təbrik edərək, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Könül Aypara
O.M.


































































.jpg)














.jpg)













