
Səyavuş Aslanın 77 yaşı tamam oldu
Obrazları ilə yaddaşlarda iz buraxan Səyavuş Aslanın bu gün 77 yaşı tamam oldu. Xalq artisti builki ad gününü yaxınları ilə bərabər keçirməyi düşünür. Bizlər də öz növbəmizdə dəyərli sənətkarımızı, səhnələrin canlı korifeyini ad günü münasibətilə təbrik edir, ona həyatın ən gözəl hədiyyəsi olan cansağlığı arzulayırıq!
Xatırlatma:
Səyavuş Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996). Görkəmli aktyor televiziya tamaşalarında yüzdən çox obraz ifa edib. Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.
Könül Aypara