Ramil Səfərovun atası oğlunun toyu barədə yayılan xəbərlərə aydınlıq gətirdi

Ramil Səfərovun atası oğlunun toyu barədə yayılan xəbərlərə aydınlıq gətirdi

3 Sentyabr 2012 13:24
Bəyəndim (0) Bəyənmədim (0)
Sosial şəbəkələrdə Ramil Səfərovun toyu barədə xəbərlər yayılıb.

Bildirilir ki, onun yaxın günlərdə toyu olacaq. Məsələ ilə əlaqədar atası Sahib Səfərovla əlaqə saxladıq. O, Publika.Az-a bu istəklərinin həmişə olduğunu dedi: "Düzü, hələ toy barəsində danışmamışıq. Əlbəttə, bu istəyimiz həmişə olub, amma hələ ki, vaxtımız olmayıb bu barədə danışmağa". Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli də R.Səfərovla bağlı arzularını bildirərkən toy məsələsinə xususi olaraq toxunub: "Bu çətin vaxtdan sonra ailə qurmalıdır. Çox gözəl günlər keçirsin. Mən fikirləşirəm ki, o öz batalyonu ilə birlikdə Şuşanı azad edəcək".

O.M.