Arif Quliyev xəstəxanaya yerləşdirildi

Arif Quliyev xəstəxanaya yerləşdirildi

3 Sentyabr 2012 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın xalq artisti Arif Quliyevin səhhətində problem yaranıb. Apa-nın xəbərinə görə, dünən gecə saat 23.00 radələrində Ağcabədi rayonuna yas mərasiminə gedən xalq artistinin səhhəti Ucar-Zərdab avtomobil yolunda qəflətən pisləşib. Arif Quliyev yaxınlıqdakı Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Ruslan Nemətov Arif Quliyevin tibb müəssisəsinə hipertonik-kriz diaqnozu ilə daxil olduğunu bildirib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti normallaşandan sonra Arif Quliyev təcili yardım maşını ilə Bakıya yola salınıb.

O.M.