"Nu poqodi"yə qadağa qoyulacaq?

"Nu poqodi"yə qadağa qoyulacaq?

30 Avqust 2012 12:05
Bəyəndim (0) Bəyənmədim (0)

SSRİ istehsalı olan ən məşhur cizgi filmlərindən olan "Nu poqodi" (Bir dayan) Rusiyada qadağan edilə bilər. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, buna səbəb cizgi filmində canavarın siqaretlə olan səhnələridir. Bundan başqa "timsah Gena" xarakterinin də siqaretlə olan səhnələrinin kəsilməsi planlaşdırılır.
Sentyanrın 1-dən "uşaqların sağlamlığına və inkişafına zərər vuracaq informasiyalardan qorunması haqqında" qanun qüvvəyə minir. Bu qanuna görə, "Nu poqodi" +18 yaş koteqoriyasına düşür və onları saat 23:00-dan sonra göstərmək olar. Bəzi məlumatlara görə, canavar və timsahın siqaret çəkən hissələri çıxarılacaq.
Ümumrusiya dövlət teleradio şirkətinin uşaq və gənclər studiyasının rəhbəri Tatyana Tsıvarevin sözlərinə görə, onlar keç nəyi kəsmək haqqında düşünmürlər. "Bizim iki variantımız var - ya qanunu pozmaq, ya da cizgi filmini gec saatda nümayiş etdirmək".

O.M.