Müəllimlərin nəzərinə!

Müəllimlərin nəzərinə!

30 Avqust 2012 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə keçirilən bütün fənlər üzrə boş qalan və imtina olunan yerlərin seçimi aparılacaq. Təhsil nazirliyinin rəsmi saytının verdiyi xəbərə görə, müsabiqədə iştirak edərək heç bir yerə qəbul olunmayan və ya qəbul olunduğu yerdən imtina edən iştirakçılar sentyabrın 3-dən 7-dək "Şəxsi səhifə"lərinə daxil olmaqla ən çoxu 4 yer seçə bilər. Həmin müddət ərzində iştirakçılara seçimlərini dəyişmək imkanı da verilir. Seçim etmək imkanı sentyabrın 7-də saat 18-də başa çatacaq və yerləşdirmə aparılacaq. Yerləşdirmənin nəticələri dərhal bu mərhələdə iştirak edənlərin "Şəxsi səhifə"lərinə göndəriləcək. İşə qəbul olunanlar, imtahan nəticələri ləğv edilənlər və müəyyənləşdirilmiş keçid balını toplamayanlar bu mərhələdə iştirak edə bilməz. Müsabiqənin nəticələri ilə bağlı apelyasiya şikayətinə sentyabrın 3-7-si tarixlərində baxılacaq.

O.M.