
Ali təhsil müəssisələrinin boş qalan yerlərinə və orta təhsil müəssisələrinə ixtisas seçimi başa çatıb
Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi avqustun 23-ü saat 23:59-da başa çatmışdır. Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılmışdır. İxtisas seçmək hüququ olan abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını göstərə bilmişlər. Abituriyentlər elektron ərizələrində ümumilikdə 20-dək ixtisas kodunu göstərə bilərdilər.
O.M.