
Angela Merkel və Hillari Klinton ilin ən nüfuzlu qadını seçildilər
Forbes jurnalının illik sorğusunun nəticələrinə əsasən, ötən ilin ən nüfuzlu xanımları Almaniyanın federal kansleri Angela Merkel və ABŞ-ın dövlət katibi Hillari Klinton elan olundular. Üçüncü yerə Braziliyanın prezidenti Dilma Russef layiq görüldü. ABŞ-ın birinci xanımı Mişel Obama 7-ci yerin, Böyük Britaniya şahzadəsi II Yelizaveta isə 26-cı yerin sahibi oldular. 4-6-cı yerləri Bill Qeytsin xeyriyyəçiliklə məşğul olan həyat yoldaşı Melinda Qeyts, "New York Times" qəzetinin baş redaktoru Cil Abramson və Hindistanın iqtidar partiyasının rəhbəri Sonya Qandi bölüşdülər.
O.M.
Digər xəbərlər