
Azad Azərbaycan telekanalına yenicə rəhbər təyin edilmiş Vüqar Qaradağlı vəzifəsindən uzaqlaşdırıldı
Azad Azərbaycan telekanalına yenicə rəhbər təyin edilmiş Vüqar Qaradağlı vəzifəsindən uzaqlaşdırılıb. "Vətəninfo.az"a etibarlı mənbələrdən daxil olan məlumata görə, V. Qaradağlının yerinə "Space" telekanalının keçmiş rəhbəri, telejurnalist Etibar Babayev təyin edilib.
Faktla bağlı Vüqar Qaradağlı ilə əlaqə saxladıq. V.Qaradağlı bildirdi ki, bunu Etibar Babayevdən soruşun: "Bu məlumatı haradan əldə etmisiniz? Məndən niyə soruşursunuz? Bunu Etibar Babayevdən soruşun".
O.M.
Digər xəbərlər