İranlı qadınlara daha bir qadağa

İranlı qadınlara daha bir qadağa

22 Avqust 2012 11:43
Bəyəndim (0) Bəyənmədim (0)
Tehran rəhbərliyi qadınlara qarşı təzyiqlərini artırır

İranda qadınların mühəndislik, müəssisə, nüvə fizikası, arxeologiya kimi 77 ixtisas üzrə təhsil almasına qadağa qoyuldu. İran Elm və Ali Təhsil Nazirliyi, məzun olduqdan sonra iş tapa bilmədikləri bəhanəsini irəli sürərək 77 fakültədə qadın tələbələrin təhsil almasına qadağa qoydu. Qəbul imtahanlarında müvəffəqiyyətlə universitetə ​​qəbul olan qadınlara qoyulan bu məhdudiyyət insan hüquqları müdafiəçiləri ilə yanaşı millət vəkillərinin də reaksiyasına səbəb oldu. Yeni tənzimləməyə görə, İranın 36 universitetində ingilis ədəbiyyatı, ingilis tərcümə otel administratorluğu, arxeologiya, müəssisə, kompüter mühəndisliyi, nüvə fizikası, elektrik və sənaye mühəndisliyinin də daxil olduğu 77 ixtisas üzrə yalnız kişilər təhsil ala biləcəklər.

Günay Səfərli

O.M.