Abituriyentlərin ixtisas seçimi sabah başa çatacaq

Abituriyentlərin ixtisas seçimi sabah başa çatacaq

15 Avqust 2012 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər 2012-ci il avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə ixtisas seçimi aparırlar.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, ixtisas seçimi 16 avqust saat 23:59-da başa çatacaqdır. Həmin vaxta qədər ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər. 15 avqust saat 10:00-dək həmin abituriyentlərdən 34081 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.

O.M.