“Давай, до свидания” Rusiyada markaya çevrilir

“Давай, до свидания” Rusiyada markaya çevrilir

10 Avqust 2012 19:27
Bəyəndim (0) Bəyənmədim (0)

Timati brend halına gələn məşhur ifadəni öz adına qeydiyyatdan keçirib. Rusiyalı reper Timati (Timur Yunusov) Azərbaycan meyxanaçılarının ifalarında məşhurlaşan "Ты кто такой? Давай, до свидания" meyxanasından gəlir götürəcək. "Qafqazinfo"nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Timati brend halına gələn məşhur ifadəni öz adına qeydiyyatdan keçirib. Artıq "Давай, до свидания" gənclər üçün nəzərdə tutulan küçə üslublu geyimlərin ticarət markası olacaq. "Давай, до свидания" brendi altında çıxacaq geyimlərin orta qiyməti isə 2-3 min rubla bərabər olacaq. Geyimlərdən başqa, bura ayaqqabılar, baş geyimləri, çemodanlar, çətirlər, saatlar, zərgərlik nümunələri, bjuteriyalar və sair daxildir.
Qeyd edək ki, "Давай, до свидания" ifadəsi azərbaycanlı meyxanaçılar İntiqam və Ehtiram Rüstəmov qardaşlarının ifasından sonra Rusiyada məşhurluq qazanıb. Filip Kirkorovla olan davalarından sonra bundan istifadə edən rusiyalı reper Timati də parodiya klipi çəkərək sosial şəbəkələrdə paylaşmışdı.

O.M