TQDK-dan testlərdə yanlışlıq iddiasına cavab

TQDK-dan testlərdə yanlışlıq iddiasına cavab

9 Avqust 2012 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

TQDK-nin rəsmi saytında verilən xəbərə görə, "Azadlıq qəzeti"nin 01 avqust 2012-ci il buraxılışında Nabatəli Qulamoğlu adlı bir müəllifin "Testlərdəki yanlışlıqlar" başlıqlı məqaləsi dərc edilmişdir. Müəllif ciddi elmi-pedaqoji fikirlərə söykənməyən, əsassız və qərəzli, hətta bəzi məqamlarda etikadan kənar ifadələrlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının abituriyentlər üçün müxtəlif illərdə nəşr etdirdiyi Azərbaycan dili üzrə test kitabçalarındakı və tam orta təhsil bazası üzrə 2012-ci ildə keçirilmiş buraxılış imtahanlarında istifadə edilmiş bəzi test tapşırıqlarına "irad" bildirmişdir. Müəllif tez-tez tapşırıqların orta məktəb dərsliklərinə əsaslanmadan tərtib olunduğunu vurğulayır, yeri gəldikcə öz subyektiv baxışlarını qəbul olunmuş elmi fikirlər kimi təqdim edir. O, əksər hallarda "irad" bildirdiyi test tapşırıqlarının tam mətnini təqdim etmir, bəzi testlərin isə, ümumiyyətlə, şərtini təhrif olunmuş şəkildə verməklə oxucuda yanlış təsəvvür yaratmağa çalışır.

Xəbərdə həmçinin məqalə müəllifinin səhv hesab etdiyi testlərə aydınlıq gətirilib.

O.M.