Azərbaycan gözəlinin nadir arxiv görüntüləri yayıldı - Video

Azərbaycan gözəlinin nadir arxiv görüntüləri yayıldı - Video

19 Oktyabr 2022 16:29
Bəyəndim (1) Bəyənmədim (0)

SSRİ xalq artisti Leyla Bədirbərliyinin arxiv videosu yayılıb.

Oxuməni.az xəbər verir ki, videonu Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov paylaşıb.

Video 1941-ci ildə Leyla Bədirbəylinin Dövlət Filarmoniyasında solist kimi çıxış etdiyi vaxtlara təsadüf edir. Görüntülərdə aktrisanın Azərbaycan rəqslərini dünyaya tanıdan baletmeyster, iki yüzə yaxın rəqs səhnəsinin quruluşçu müəllifi Əlibaba Abdullayevlə duet-rəqsi yer alıb.

Məlumat üçün bildirək ki, Azərbaycan gözəli adlandırılan istedadlı aktrisa 16 yaşından Filarmoniyada solist kimi çalışıb.

Əlibaba Abdullayevin “Bir dənəsən” rəqsi məhz Leyla xanım üçün nəzərdə tutularaq hazırlanıb.

Əlibaba bəylə Leyla xanımın birgə rəqs edib, oxumaları çox gözəl alınırdı və tamaşaçılar tərəfindən maraqla qarşılanırdı.

"Əlibaba ilə rəqsdə həm də oxuyurduq. Onun çox məlahətli, gözəl səsi var idi. Mənim səsim oxumaq üçün o qədər xoşagələn olmasa da Əlibabanın səsinin fonunda nəsə bir şey alınırdı"- sevilən aktrisa vaxtilə Əlibaba Abdullayevin yubileyində çıxış edərkən deyib.