Ali təhsil müəssisələrinə ixtisas seçiminə start verildi

Ali təhsil müəssisələrinə ixtisas seçiminə start verildi

7 Avqust 2012 11:04
585
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, bütün qruplar üzrə ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər. Qeyd edək ki, Azərbaycanda 3-cü ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 14-ü, 1-ci ixtisas qrupu üzrə iyulun 20-si, 4-cü ixtisas qrupu üzrə iyulun 27-si, 2-ci ixtisas qrupu üzrə isə avqust 3-də keçirib.

O.M.