Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədovanın həyat yolu

Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədovanın həyat yolu

25 Avqust 21:53
229
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Xalq artisti Məmmədova Gülyaz Zakir qızı 1970-ci il may ayının 1-də Şəki rayonu Böyük Dəhnə kəndində anadan olub. Gülyaz xanımın atası Zakir kişinin ailəsi Şəki rayonunda musiqiçilər ailəsi kimi tanınır. Ailənin bütün üzvlərinin gözəl səsi olub və onlar rayonda keçirilən tədbirlərdə şirin ifaları ilə tamaşaçıları özlərinə heyran ediblər. Zakir kişi zurnada gözəl ifası ilə tanınıb. O həm də məşhur usta idi və Böyük Dəhnə kəndində Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılan möhtəşəm abidənin də müəllifi Zakir kişi olub. 1977-87-ci illərdə Böyük Dəhnə kənd orta məktəbində oxuyub. Böyük Dəhnə kənd orta məktəbində oxuyarkən şirin, özünə məxsus ifası ilə diqqəti cəlb edən Məmmədova bacıları birlikdə rayon tədbirlərində fəal iştirak edib. 1982-ci ildə ilk dəfə Gülyaz, bacıları Rəhimə və Gülyanaqla Azərbaycan televiziyasında Ələkbər Tağıyevin “Azərbaycan gəncləri” mahnısı ilə çıxış ediblər. Ailə ansamblı ilə birgə televiziyada çıxış edib. 1988-92-ci illərdə Gülyaz Məmmədova Asəf Zeynallı adına musiqi texnikumunu muğam ixtisası üzrə bitirib. Texnikumda oxuduğu illərdə müəllimi məşhur muğam bilicisi, Əməkdar müəlim Nəriman Əliyev olub. Tələbə olarkən 1990-1991-ci illərdə “İçərişəhər” folklor ansamblında çalışıb. 1991-ci ildə Rəşid Behbudov adına Mahnı teatrında işə dəvət edilib. Burada bir il işləyib. 1992-ci ildə Opera və Balet Teatrında işə dəvət edilib. 1993-cü il iyun ayının 25-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında ilk dəfə Leyli obrazında çıxış edib. Sonrakı illərdə Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasında Şahsənəm(1993), Şəfiqə Axundovanın “Gəlin qayası” operasında Gülbahar(2000), Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasında Telli (1998), Ramiz Mustafayevin “Vaqif” operasında Xanəndə qız (1997), Üzeyir Hacıbəylinin “Koroğlu operasında Xanəndə qız, Vasif Adıgözəlovun “Natəvan” operasında Xanəndə qız, Niyazinin “Rast” baletində Xanəndə kimi obrazları dəfələrlə oynamışdır. 1996-cı ildən Asəf Zeynallı adına Musiqi kollecdə müəllimə kimi muğam sənətinin sirlərini tələbələrinə aşılayır. Tələbələrindən Kamilə Nəbiyeva, Nigar Rəhimova, Sərxan Bünyadzadə, Ayşən Mehdiyeva, Sədəf Budaqova, Novruz Hüseynov və İlahə Rüstəmova Heydər Əliyev Fondunun və Azərbaycan Televiziyasının birgə layihəsi olan Muğam müsabiqəsində qalib və lauerat olublar. 1997-ci ildə rəsmi müqavilə ilə Rəşid Behbudov adına Mahnı teatrında işə qəbul edilib və 2014-cü il mart ayının 1-nə kimi orada çalışıb. Mahnı teatrında “Rəşid” ansamblının bədii rəhbəri ustadı Xalq artisti, məşhur tarzən qarmon ifaçısı Kamil Vəzirov olub. Mədəniyyət nazirliyinin xətti ilə dünyanın bir çox ölkələrində, o cümlədən Avstriya Almaniya, Rusiya, İsveç, Fransa, Norveç, MDB dövlətlərində və digər ölkələrdə qastrol səfərlərində olub. Gülyaz Məmmmədova bu günə kimi aşağıdakı ölkələrdə qastrol səfərlərində olub: 1. Avstriya, Vyana (1993) konsert 2. Avstriya,Vyana konsert 3. Almaniya, Frankfurt konsert 4. Almaniya, Maynts konsert 5. Almaniya, Hannover (2000-ci il) ulu öndər konsert 6. Almaniya, Frankfurt –Berlin konsert 7. Fransa, Strasburq (2001) konsert 8. Fransa, Paris (2011) konsert 9. Litva, Estoniya konsert 10. Türkiyə, Ankara (2001) konsert 11. Türkiyə, İstanbul konsert 12. Moskva, dekada ( 2004) konsert 13. Moskva, konsert (2005) konsert 14. Moskva, Novruz münasibəti ilə (2013) konsert 15. Norveç,Oslo konsert 16. İsveç, konsert 17. Gürgüstan, Tiflis 18.Gürgüstan, Novruz bayramı 19. Belarus, Dövlət televizyası 20. Belarus, konsert 21. Moldova, marti şou 22. Ukrayna mahnı teatrı, konsert 23. Ukrayna, konsert mədəniyyət günləri 24. Rostov, konsert 25. Özbəkistan,(2008) Leyli və Məcnun 26. Dağıstan, konsert 27. Dağıstan, Dərbənd konsert 28. Dağıstan, Əbülfət Oğuzla konsert 29. Sverdlovsk,konsert 20. Murmansk, konsert 31. Moskva, KVN (2000) 32. Vladiqafqaz, Şimali Osetiya-Alaniya (2011,27-30 iyun) 33.Yekaterinburq ( Azərbaycan diasporunun yaradılmasının 20 illiyi münasibəti ilə konsert) 34. Novorossiysk, konsert 35. Podmoskva, konsert 36. Türkiyə konsert 37. Moskva, konsert 38. Türkiyə, Leyli Məcnun -tək 39. Türkiyə Mahnı teatrı ilə Tofiq İsmayılov 40. Komi Sıktıvkarda konsert 41. Türkmənistan duet konsert 2010 42.Türkmənistan duet konsert 2011 may 43.Türkmənistan konsert2012 44. Tehranda Şəhriyar gecəsi 45. Həştərxan konsert 46. Tümen-Surqut konsert Misir Gülyanaq (tək) Amerika Gulyanaq tək) Amerika İsveç Lenimıniya Gülyanaq 2008 Azərbaycan-Rumıniya- Türkiyə dostluğu konsert Bakı-Ceyhan İstanbul, Maltəpə Hacıtəpə universitetlərində konsert (Gülyanaq, 2008 Komi Türkmənistan Türkmənistan Türkmənistan medal 1998-ci ildə Prezident Heydər Əliyev tərəfindən Azərrbaycanın Xalq artisti fəxri adına layiq görülüb. Elə həmin ildə Gülyaz Məmmədovaya Prezident mükafatı verilib. 1999-cu ildə ANS telekanalının VVS studiyası tərəfindən Gülyaz və Gülyanaq Məmmədovaların ifasında 7 muğam dəstgahından ibarət industrial muğamlar lentə alınıb və disk şəklində buraxılaraq dünyanın müxtəlif ölkələrində, o cümlədən İngiltərə və Almaniyada yayımlanıb. İlk klipləri “Şahnaz” industrial muğam klipi olub. 2002-2006-cı illərdə İncəsənət universitetinin muğam şöbəsində oxuyub və oranı uğurla başa vurub.Ustadı Canəli Əkbərovdan dərs alıb. 2006-cı 2018-ci illərdə Bakı Humanitar kollecində muğam sənətindən dərs deyib. 2007-2011-ci illərdə Nəriman Əliyev adına Muğam studiyasında dərs deyib. Qeyd edək ki, Muğam studiyası 1992-ci ildə muğamı sevən və ömrünü bu sahəyə həsr edən Başxanım Abbasova tərəfindən yaradılmışdır. Studiyanın ilk direktoru da Başxanım Abbasova olub. Studiyada görkəmli pedaqoq əməkdar müəllim Nəriman Əliyev və onun tələbəsi Qəzənfər Abbasov dərs deyiblər. Studiyada məşhur xanəndə Gülxar Həsənova, Baba Mahmudoğlu da dərs deyib. Muğam studiyası1996-cı ildə Fatma Rəfsəncaninin dəvəti ilə Tehranda qastrol səfərində olub və böyük konsert proqramı ilə çıxış edib. Nəriman Əliyev adına Muğam studiyası 2005-ci il aprel ayının 23-dən may ayının 17-nə kimi Səmərqənddə keçirilən “Şərq təranələri” festivalında iştirak edərək birinci yerə layiq görülüb 2000-2010-cu illərdə Mədəniyyət nazirliyinin xətti ilə Astarada keçirilən Muğam musabiqəsində münsiflər heyətinin üzvü olub. 2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2018-2020-ci illərdə Şuşa Humanitar kollecində Xalq mahnılarından dərs deyib. 2016-cı ilin dekabr ayının 15-də Beynəlxalq muğam mərkəzində Gülyanaq xanımla birgə “Vətəni sevməyən insan olmaz” adlı solo konsertləri olmuşdur. 2019-cu il oktyabr ayının 30-da Heydər Əliyev sarayında Gülyaz və Gülyanaq Məmmədovaların “İki qəlbin nəğməsi” adlı solo konserti olub. 2019-2020-ci illərdə ADMİU-nun Muğam fakultəsini magistr təhsili üzrə bitirib. 2021-ci ilin sentyabr ayından ADMİU-da muğam ixtisasından dərs deyir. Qastrol səfərləri davam edir Son illərdə Gülyaz və Gülyanaq Məmmədova bacılarının xarici ölkələrə qastrol səfərləri davam edib. Belə ki, Gülyanaq Məmmədova 2017-ci il mart ayının 4-də Vyanaya qastrol səfərinə gedib. 2018-ci ildə aydın Universitetinin Hamlet İsaxanlıya həsr oluna tədbir konsertdə içtirak edib. 2018-ci ilin may ayının 18-də Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Daşkənddə keçirilən konsert proqramında iştirak edib. 2019-cu il aprel ayının 9-da isə Avstriyanın paytaxtı vyanda Nəsimiyə həsr ediən konsert proqramında iştirak edib. Gülyaz Məmmədovanın klipləri Gülyaz Məmmədova şoxaylı kliplərə çəkilib. Bu kliplər Gülyaz Məmmədovanın mahir xanəndə olduğunu bir daha təsdiq etməkdədir. Onun çəkildiyi kliplərlə oxucularımızı tanış edirik: “Şahnaz” klipi industrial muğam “Əlvida” klipi: Ulu öndər Heydər Əliyevə həsr edilib “Azərbaycan”-Tural Bayraməliyev “İdman” himni “Sabaha İlhamla” klipi-eldar Mansurov “Olimpiada”himni klip-eldar Mansurov “Ibadın səsi” Tatu qrupu klip, “Lənkəran” klip. Hadı Rəcəbli “Cin cin” klip, ANS-in layihəsi “Cami cami” klip, ANS-in layihəsi “Ata Heydər, oğul İlham” AZTV klip-layihə “Şabran” “Apar məni”1 Fərid Abasbəyli “Apar məni”2 Fərid Abasbəyli “Bu dünyadan” “Nədən oldu” 24 “Duet2 fim “Məktəbli olacam” klip “Azərbaycan” Mahirə Nadir qızı “Traktor” klip-Təbriz “İtalyan mahnısı” “Fransız mahnısı” “Cahargah” film klip “Gülyazı” rəqsi Gülyaz Məmmədova barədəki maraqlı faktlardan biri də onun adına rəqsin olmasıdır. Gülyaz Məmmədovanın mərhum atası məşhur balaban və zurna ifaçısı Zakir Məmmədov xalq arasında sevilən bu rəqsin adını bilmədiyindən onu qızı Gülyazın adı ilə adlandırıb. Hazırda el arasında “Gülyazı” adı ilə tanınan bu rəqsə tarzən Mehman Mikayılov söz yazıb. “Səba” muğamına əsaslanan bu rəqsin sözlərini Gülyaz Məmmədova oxuyur. Gülyaz Məmmədova həmçinin bəzi film-tamaşalarda səslənən mahnıların da ifaçısı kimi tanınır. Buna misal kimi “Bəylik dərsi” tamaşasını götərmək olar. Bu tamaşada musiqi Ramiz mirişliyə məxsusdur. Mahnıları isə Gülyaz Məmmədova ifa edir. 2016-cı ilin sentyabr ayında çəkilən “Qırmızı papağın” nağılı film tamaşasında səslənən musuqi bəstəkar Vüqar Camalbəyliyə məxsusdur. Mahnını isə Gülyaz Məmmədova ifa edir. “Qırmızı papağın” nağılı 2016-cə ilin noyabr ayında səhnələşdirilib 2017-ci ildə aktyor və rejissor Nicat Kazımovun ssenarisi və quruluşu əsasında”Sarı gəlin” tamaşası hazırlanıb. “Apardı sellər Saranı” da Ana obrazında səslənən mahnının ifası da Gülyaz Məmmədovaya məxsusdur. Könül nəğmələri-kliplər Gülyaz Məmmədovanın sənətin zirvəsinə gedən yolunda onun klipləri xüsusi rol oynayır. İş orasındadır ki, klipləri bu gündən sabaha açılan bir pəncərə hesab etmək olar. Eyni zamanda hər bir klip xanəndənin belə demək mümkünsə çoxşahəli fəaliyyətinin özünməxsus şəkildə yaradıcılıq hesabatıdır. Hər halda gələcək nəsillərin, muğam səənətimizi davam etdirəcək xanəndələrin Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədovanın yaradıcılığını, daha dəqiq desək onun bənzərsiz ifasının müəyyən hissəsini məhz kliplərdən öyrənəcəyi şübhə doğurmur. Buna paralel olaraq hər bir klipin kiçik bir sənədli film olduğunu da unutmaq olmaz. Bu baxımdan Gülyaz Məmmədovanın hər bir klipi eyni zamanda onun həm xanəndəlik istedadını, həm də mahir bir aktrisa olduğunu parlaq şəkildə ortaya çıxarıb. Necə deyərlər Xalq artisti Gülyaz Məmmədovanın parlaq istedadı hər addımda insanı özünə heyran edir və onun adı çəkilən sahədə nə qədər böyük potensiala malik olduğunu göstərir. Bu günə kimi Gülyaz Məmmədova 17 kliplə onu sevərlərin görüşünə gəlib. Gülyaz Məmmədovanın kliplərinin böyük əksəriyyətində vətənpərvərlik, yetişməkdə olan gənc nəsli milli, vətəni sevmək ruhda tərbiyə etməsi, onlarda umummilli lidermiz Heydər Əliyevin bizə miras qoyduğu güclü, qüdrətli demokratik Azərbaycan dövlətinə sevgi, məhəbbət formalaşdırması bütün parlaqlığı ilə özünü nümayiş etdirir. Gülyaz Məmmədovanın hansı klipi ilə tanış olsanız orada vətənpərvərlik, milli ruhun gur axan dağ çayı kimi coşaraq çağladığının şahidi olacaqsınız. Nəhayət Gülyaz Məmmədovanın ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin güclü və qüdrətli dövlət quruculuğu yolundakı əvəzssiz xidmətlərini kliplərində tərənnüm etməsi, onların simasında xoş gələcəyimizə olan inam ruhunu xalqımıza aşılaması, təbliğ etməsi onun vətənə olan sonsuz sevgi və məhəbbətindən irəli gəlir. Məhz onra görə də Gülyaz Məmmədovanı xoşbəxt xanəndələrdən biri hesab etmək olar. Bir sözlə Gülyaz Məmmədovanın hər klipi bu günümüzdən sabaha körpü salan əbədiyyət nəğməsidir. Bu nəğmənin mayasında isə vətənə, millətə sevgi, muğam sənətimizin qorunub saxlanalaraq gələcək nəsillərə çatdırılması motivləri dayanır. Gülyaz Məmmədova Azərbaycanın birinci xanımı, millət vəkili, Heydər Əliyev fondunun prezidenti və YUNESKO-nun xoş məramlı səfiri Mehriban Əliyevanın muğam sənətimizin inkişafına verdiyi əvəzsiz töhfələri qeyd edərək deyir ki, ölkə rəhbərliyinin sənət adamlarına verdikləri yüksək dəyərlər onu vətənə, xalqa, dövlətçiliyimizin tərənnümünə xidmət edən yeni mahnılar oxumağa, kliplər çəkdirməyə ruhlandırır. Qeyd edək ki, Gülyaz Məmmədova bu günə kimi 17 klipilə onu sevənlərin qəlblərini fəth edib. Diqqəti cəlb edən bir mühüm amil də xalq artistimizin əksər kliplərinni duet halında olmasıdır. Bundan məqsəd isə kliplərin canlılığını artırmaq, onların tamaşaçılara daha dolğun şəkildə çatdırılmasına nail olmaqdır. Gülyaz Məmmədovanın klipləri aşağıdakılardır: 1. "Şahnaz" industrial klipi, duet 2. "Əlvida" ulu öndər Heydər Əliyevə həsr edilən klip, duet 3. "Azərbaycan" Tural B, klip, duet 4. "İdman" himni, (2015), duet 5. "Sabaha ilhamla", klip, duet 6. "Olimpiada himni", klip, duet 7. "İbadın səsi", klip, duet 8. "Tatu", klip, duet 9. "Lənkəran", klip, duet 10. "Cin cin", klip (ANS layihəsi), duet 11. Cami-cami" (ANS layihəsi), duet 12. "Ata Heydər, oğul İlham" klip 13. Şabran", klip 14. "Apar məni"(1), klip, duet: Gülyaz Məmmədova-Fərid Abbasbəyli 15. "Apar məni" (2), klip, duet: Gülyaz Məmmədova-Fərid Abbasbəyli 16. "Bu dünyadan",klip 17. "Nədən oldu",klip, duet: Gülyaz Məmmədova-Rövşən Gülyaz Mimmədova bu günə kimi dünyanın 60-a yaxın ölkəsində qastrol səfərində olub. Bu qastrol səfərlərinin hər biri Aziərbaycanımızın təbliğinə çevrilərək ölkəmizin beynəlxalq aləmdə daha çox tanınmasında, respublikamız haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayıb: Xalq artisti bununla bağlı deyir ki, ulu öndər Heydər Əliyevin sənətkarlara göstərdiyi qayğı və məhəbbət, onların problemlərini daim diqqət mərkəzində saxlaması əksər xanəndələrimiz kimi onu da daim ruhlandırıb və buna milli vətəinpərvərlik ruhunda oxuduqları mahnıları ılə cacab veriblər. Bu baxımdan xaricə qastrol səfərləri zamanı Gülyaz Məmmədova məhz milli mədəniyyətimizi, ulu öndər tərəqfindən inkişaf etdirilən demokratik güclü və qüdrətli dövlət quruculuğunu tərənnüm edən mahnıları, dünya musiqisinin incisi hesab edilən muüamlarımızı yüksək səviyyədə ifa etməklə cavab verib. Gülyaz Məmmmədova bu günə kimi aşağıdakı ölkələrdə qastrol səfərlərində olub: 1. Avstriya, Vyana (1993) 2. Avstriya,Vyana...... 3. Almaniya, Frankfurt 4. Almaniya, Maynts 5. Almaniya, Hannover (2000-ci il) ulu öndər 6. Almaniya, Frankfurt 7. Fransa, Strasburq (2001) 8. Fransa, Paris (2011) 9. Litva, Estoniya 10. Türkiyə, Ankara (2001) 11. Türkiyə, İstanbul 12. Moskva, dekada ( 2004) 13. Moskva, konsert (2005) 14. Moskva, Novruz münasibəti ilə (2013 15. Norveç,Oslo 16.İsveç 17. Gürgüstan, Tiflis 18.Gürgüstan, Novruz bayramı 19. Belarus, Dövliətv televizyası 20. Belarus konsert 21. Moldova marti şou 22. Ukrayna mahnı teatrı 23. Ukrayna, 24. Rostov, 25. Özbəkistan,(2008) Leyli və Məcnun 26. Dağıstan 27. Dağıstan, Dərbənd 28. Dağıstan, Əbülfət, Oğuz 29. Sverdlovsk 20. Murmansk 31. Moskva KVN (2000) 32. Vladiqafqaz, Şimali Osetiya-Alaniya (2011,27-30 iyun) 33.Yekaterinburq (Erusəlim-Şahin Azərbaycan diasporunun yaradılmasının 20 illiyi münasibəti ilə) 34. Novorossiysk 35. Podmoskva konsert 36. Türkiyə, Qəhrəmanmaraş Cütçü İmam universiteti konsert(2016) 37. Moskva konsert 38. Türkiyə, leyli Məcnun -tək 39. Türkiyə Mahnı teatrı ilə Tofiq İsmayılov 40. Komi Sıktıvkarda konsert 41. Türkmənistan duet 42.Türkmənistan duet 2011 may 43.Türkmənistan Misir Gülyanaq (tək) Amerika Gulyanaq tək) Amerika İsveç Lenimıniya Gülyanaq 2008 Azərbaycan-Rumıniya- Türkiyə dostluğu konsert Bakı-Ceyhan İstanbuli Maltəpə hacıtəpə universitetlərində konsert (Gülynaq 2008 Komi Türkmənistan Türkmənistan Türkmənistan medal Gülyaz Məmmədova 1992-ci ildə Asəf Zeynallı adına musiqi texnikumunu bitirib. 1991-ci ildə Rəşid Behbudov adına mahnl teatrında işə dəvət edilib. Burada bir il işləyəndən sonra analıq məzuniyyətinə çıxıb. 1997-ci ildə rəsmi müqavilə ilə Rəşid Behbudovun ansamlında çalışmağa başlayıb və 2014-cü il mart ayının 1-nə kimi orada çalışıb. 1992-ci ildən opera və Balet teatrında solist kimi çalışıb. 1996-cı ildən Asəf Zeynallı adına kollecdə müəllimə işləyir. 2002-2006-cı illərdə İncəsənət universitetinin muğam şöbəsində oxuyub və oranı uğurla başa vurub. 2006-2011-ci illərdə Nəriman Əliyev adına Muğam studiyasında dərs deyib. Qeyd edək ki, Muğam studiyası 1992-ci ildə muğamı sevən və ömrünü bu sahəyə həsr edən Başxanım Abbasova tərəfindən yaradılmışdır. Studiyanın ilk direktoru da Başxanım Abbasova olub. Studiyanın ilk direktoru da görkəmli pedaqoq əməkdar müəllim Nəriman Əliyev və onun tələbəsi Qəzənfər Abbasov olub. Studiyada məşhur xanəndə Gülxar Həsənova, Baba Mahmudoğlu da dərs deyib. Muğam studiyası1996-cı ildə Fatma Rəfsəncaninin dəvəti ilə Tehranda qastrol səfərində olub və böyük konsert proqramı ilə çıxış edib. Nəriman Əliyev adına Muğam studiyası 2005-ci il aprel ayının 23-dən may ayının 17-nə kimi Səmərqənddə keçirilən “Şərq tironaları” festivalında iştirak edərək birinci yerə layiq görülüb. Hazırda Başxanşm Abbasovanın direktoru olduğu Nəriman Əliyev adına Muğam studiyası fəaliyyətini davam etdirir 2006-2017-ci illərdə Bakı Humanitar Kollecində dərs deyib. 2000-2001-ci illərdə”1 yay günü “ film tamaşasında gözəl sənətkar Yasin Qarayevlə ər-arvad obrazında tərəf müqabil olub. 1998-ci ildən başlayaraq 15il ərzində AzTv-də “Kinoklub” verilişındə iştirak edib. Bir ara “Kinoklub fəaliyyətini dayandırsa da 2019-cu ildən başlayaraq yenidən erfirə qayıdıb. Kinoklub Əhməd Aşurbəyov və Etibar Babayevin hər ikisinin birgə layihəsidir. Əhməd Aşurbəyov kinoproqramlar Baş Redaksiyasının baş redaktorudur. Etibar Babayev isə kİno proqramları Baş redaksiyasınımn baş rejissorudur 2000-2010-cu illərdə Mədəniyyət nazirliyinin xətti ilə Astarada keçirilən Muğam musabiqəsində münsiflər heyətinin üzvü olub. 1998-ci ildən prezident təqaüdünə layiq görülüb . 2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür..2018-ci ildən Şuşa humanitar kollecində Xalq mahnılarından dərs deyir.