
Yaşar Nuri bu gün vətənə qayıdıb
Anspress-in xəbərinə görə, Türkiyənin Amerika xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti Yaşar Nuri vətənə qayıdıb. Xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyevanın sözlərinə görə, Yaşar Nuri müalicə aldığı xəstəxananın həkimləri ilə birlikdə bu gün səhər saatlarında gəlib. O, Yaşar Nurinin hazırda özünü yaxşı hiss etdiyini və müayinə olunmaq üçün bir müddət sonra yenidən Türkiyəyə aparılacağını bildirib. Qeyd edək ki, Yaşar Nuri ötən ilin noyabrından müalicə kursu keçir.
O.M.
Digər xəbərlər