Madonnanın yeni filmində kiçik türk qızı da rol alıb

Madonnanın yeni filmində kiçik türk qızı da rol alıb

27 Aprel 2011 13:36
Bəyəndim (0) Bəyənmədim (0)


İngiltərədə yaşayan 5 yaşlı türk qızı Lara Kaul dünyaca məşhur pop ulduzu ilə eyni layihədə iştirak etmək şansı qazanıb. Dünya şöhrətli Madonnanın "We" adlı fimi "Kan" film festivalına namizəd göstərilməsi gözlənilir.

Ötən yaz aylarında Haluk Bilginərin də iştirak etdiyi filmin çəkilişləri bitsə də, rol ifa edən balaca Lara Koulun ətrafdakıların simpatiyasını qazandığı bildirilir. "We" filmi çox güman ki, yaxın günlərdə qonşu ölkə Türkiyədə ilk dəfə nümayiş olunacaq.

İngiltərə kralı 8-ci Edvardın həyatından bəhs edilən filmdə Abi Korniş, Riçard Koyl, Oskar İsak, Haluk Bilginər kimi məşhur simalar da çıxış ediblər.