Ermənilər daha bir saxtakarlığa əl atdılar!

Ermənilər daha bir saxtakarlığa əl atdılar!

22 İyul 2012 14:45
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistanın ən böyük kanallarından olan Shanti TV, “Ay Yapım” dan " Ezel " serialının ssenarisini satın aldı. Ermənistanda yayımlanan ilk türk serialı olan “Ezel” izlənmə rekordu qırdı.

Ölkənin ən çox izlənilən televiziya kanallarından olan Shanti TV, baş rollarını Cansu Dere və Kənan İmirzalıoğlunun oynadığı, yayımlandığı dövr izlənilmə rekordları qıran "Ezel" serialının ssenari haqqını "Ay Yapım"dan satın aldı. Baş rol üçün Dere və İmirzalıoğluna bənzəyən oyunçular seçən kanal, qısa müddət ərzində çəkilişlərə başladı və serial tamaşaçıları ilə görüşdü.

Ermənistanda reytinq rekordları qırdı

İlk bölümdən reytinqlərdə 70 faiz öndə olan serial Ermənistanda yayımlanan ilk türk serialıdır. Ermənilər böyük maraqla izlədikləri serialın ssenarisinin türklərə məxsus olduğundan bixəbərdilər. Çünki deyilənlərə görə kanal, bu məlumatı tamaşaçılardan gizlədir.

Qeyd edək ki, "Ay Yapım" baxımlı seriallardan olan "Aşk-ı Memnu" nun ssenarisini də ötən il Amerikanın məşhur televiziya kanallarından birinə satmış, serial bir müddət əvvəl ekrana gəlməyə başlamışdı.

Günay Səfərli

O.M.