Azərin "TRT AVAZ"da aparıcılıq edəcək

Azərin "TRT AVAZ"da aparıcılıq edəcək

14 İyul 2012 11:20
Bəyəndim (0) Bəyənmədim (0)
Əməkdar artist tamaşaçılarla da ünsiyyət quracaq

Azərbaycanın əməkdar artisti Azərin gələn həftədən etibarən yeni lahihəsini təqdim edəcək. Belə ki, o, Türkiyənin "TRT Avaz" kanalında "Azərinlə bir Avaz" verilişinə aparıcılıq edəcək. Bu proqramda müxtəlif türk dövlətlərinin coğrafiyasının ortaq mədəniyyəti təbliğ olunacaq. "Aparıcılıq etdiyim veriliş interaktiv xarakterli olduğundan tamaşaçılar üçün fikirlərini, təəssürat və təkliflərini bölüşməyə imkan yaradılacaq", - deyə açıqlama verən Azərin həftənin çərşənbə günləri, yerli vaxtla saat 22:00-da hər kəsi "TRT Avaz"ı seyr etməyə çağırdı.

O.M.