Yaşar Nuri səhhəti ilə əlaqədar sabah Türkiyəyə aparılacaq

Yaşar Nuri səhhəti ilə əlaqədar sabah Türkiyəyə aparılacaq

9 İyul 2012 11:54
692
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri sabah Türkiyənin Amerika Xəstəxanasına aparılacaq. Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın Apa-ya verdiyi məlumata görə, iyulun 7-dən Mərkəzi Gömrük Xəstəxanasına aparılan Yaşar Nuri hazırda özünü yaxşı hiss edir: "Artıq biletlərimiz alınıb və sabah gedirik. Əsas məsələ Yaşarın mədəsinin yeməyə öyrəşməsidir. Bu xəstəliyin tam və köklü şəkildə müalicəsi Allahın əlindədir. Biz əlimizdən gələni edirik". R. Nuriyeva deyib ki, Türkiyədən Bakıya nə vaxt qayıdacaqları hələlik məlum deyil: "Elə dərmanlar var ki, həkimlər deyir və burada tapa bilmirik. Eyni zamanda həkim nəzarətində olmaq daha yaxşıdır".

O.M.