Azərbaycanda 06 iyunun kriminal xronikası

Azərbaycanda 06 iyunun kriminal xronikası

7 İyun 2012 12:08
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 41 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 41 cinayət faktı qeydə alınmış, onların da 24-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 14 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulmuşdur.

Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

06.06.2012

İyunun 6-da saat 17.30 radələrində Yevlax rayonunun Aran qəsəbəsi ərazisində, Bakı şəhər sakini Emin Hüseynov "VAZ-21015" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Yevlax rayon sakini Əyyub Cabbarovun idarə etdiyi "QAZ-66" markalı avtomaşına vurmuşdur. Nəticədə E.Hüseynovun sərnişinlərindən Natiq Mustafayev və 35-40 yaşlı kişi hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişini Tərlan Hümbətov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Daşkəsən rayonu ərazisində yol-nəqliyyat hadisəsi

06.06.2012

İyunun 6-da saat 14.00 radələrində Daşkəsən rayonu ərazisində, Laçın rayon sakini Azay Əliyev "VAZ-2121" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi

06.06.2012

İyunun 6-da saat 21.00 radələrində Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Alış Əjdərov "VAZ-21011" markalı avtomaşını idarə edərkən 25-30 yaşlı kişini vurmuşdur. Nəticədə xəsarət almış həmin kişi xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yol-nəqliyyat hadisəsi

06.06.2012

İyunun 6-da saat 09.00 radələrində Binəqədi rayonunun Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində, müəyyən edilməmiş avtomaşınla şəhər sakini Raqif Abayev vurulmuşdur. Nəticədə, xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi

06.06.2012

İyunun 6-da saat 22.50 radələrində Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla İmişli rayon sakini Rafiq Hüseynov vurulmuşdur. Xəsarət almış piyadaya xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

06.06.2012

İyunun 6-da saat 20.30 radələrində Bakının Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini 10 yaşlı Raul Gözəlov vurulmuşdur. Nəticədə xəsarət almış uşağa xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Narkotik vasitə ilə tutulmuş Namiq Mirzəyevin avtomaşından 500 manat pul və sənədlər oğurlaması da müəyyən edilmişdir

06.06.2012

İyunun 5-də Nəsimi RPİ 21-ci PB əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Namiq Mirzəyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun İrina Yolçuyevaya məxsus "Toyota" markalı avtomaşından 500 manat pul və sənədlər oğurlaması müəyyən edilmişdir.

Zərdab rayon sakini oğurluq etdiyinə görə tutulmuşdur

06.06.2012

Zərdab rayonu Çallı kənd sakini Zərifə Nağıyeva evindən oğurluq edildiyinə görə, Zərdab RPİ-yə müraciət etmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayonunun Çallı kənd sakini 1990-cı il təvəllüdlü Elçin Kərimov saxlanılmışdır.

Qızıl əşyaları oğurlamış Tovuz rayon sakini Məcid Bayramov tutulmuşdur

06.06.2012

Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də Sənan Bayramovun evindən qızıl əşyaları oğurlamış rayon sakini Məcid Bayramov tutulmuşdur.

Tovuz rayon İbrahim Hacılı kənd sakini Eyyub Abbasov elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

06.06.2012

İyunun 6-da Tovuz rayonunda - Qovlar Dəmir Yolu Stansiyası ərazisində, İbrahim Hacılı kənd sakini 14 yaşlı Eyyub Abbasov qatarın damına çıxmış və elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Cəmil Talıbov ölmüşdür

06.06.2012

İyunun 4-də saat 03.30 radələrində Qaradağ rayonu ərazisində, Astara rayon sakini Famil Rəfiyev "QAZ-33021" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı dirəyə vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişin Cəmil Talıbov iyunun 6-da orada ölmüşdür.

Xətai prospektindəki bazara bomba qoyulması barədə yalan məlumatı vermiş Bakı şəhər sakini Ruslan Əsədov tutulmuşdur

06.06.2012

İyunun 6-da saat 03.30 radələrində, naməlum şəxs "102 Zəng Mərkəzi"nə zəng edərək Xətai prospektindəki bazara bomba qoyulması barədə məlumat vermişdir. Nərimanov rayonu 18-ci PB əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamış və yalan məlumatı vermiş Bakı şəhər sakini 26 yaşlı Ruslan Əsədov tutulmuşdur.

Natiq Şiriyevi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

06.06.2012

İyunun 6-da Binəqədi rayonu ərazisində təmir işləri aparan, Bakı Elektrik Şəbəkə ASC-nin elektriki Natiq Şiriyevi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Ramil Cəbrayılov, Şahmal Yusifov və Eldar Nəcəfov Kür çayında çimərkən suda boğulmuşlar

06.06.2012

İyunun 6-da Sabirabad rayonunun Muğangəncəli kəndi ərazisində Ramil Cəbrayılov Kür çayında çimərkən suda boğulmuşdur. İyunun 6-da Samux rayonunun Yenikənd kəndi ərazisində, rayon sakini Şahmal Yusifov Kür çayında çimərkən suda boğulmuşdur. İyunun 6-da Ağstafa rayonunun Qıraq Kəsəmən kəndi ərazisində, Bakı şəhər sakini Eldar Nəcəfov Kür çayında çimərkən boğulmuşdur. E.Nəcəfovun meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Masallı rayon sakini Şəhrud Əliyev elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

06.06.2012

İyunun 6-da Masallı rayonunun Digah kəndi ərazisində, rayon sakini Şəhrud Əliyev balıq tutarkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Cəlilabad rayonunun Ocaqlı kənd sakini Yusif Şahbazov dərmandan zəhərlənmişdir

06.06.2012

İyunun 6-da Cəlilabad rayonunun Ocaqlı kənd sakini 4 yaşlı Yusif Şahbazov evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.

O.M.