Neftçalada sərnişin avtomobili aşdı, 1 nəfər öldü

Neftçalada sərnişin avtomobili aşdı, 1 nəfər öldü

7 İyun 2012 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyunun 7-də saat 03.30 radələrində Neftçala rayonunun Surra kəndi ərazisində, Bakı şəhər sakini Yaşar Zeynalov "Reno" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə, sərnişin Emin Canıbəyov hadisə yerində ölmüş, sürücü isə xəsarətlə xəstəxanaya yerləşdirilmişdir. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

O.M.