Bakıda sərnişin avtomobili ilə avtobus toqquşdu

Bakıda sərnişin avtomobili ilə avtobus toqquşdu

7 İyun 2012 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlara əsasən, Bakı şəhəri, Xətai rayonunda "Mercedes" markalı minik avtomobili və "Mercedes" markalı mikroavtobus toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, hadisə zamanı "Mercedes" markalı minik avtomobilində xəsarət alan sürücü və sərnişin xəstəxanaya aparılmışdır. Faktla bağlı araşdırma aparılır

O.M.