Azərbaycanda 05 iyunun kriminal xronikası

Azərbaycanda 05 iyunun kriminal xronikası

6 İyun 2012 11:37
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 43 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınmış, onların da 33-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 30 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.

Ov tüfəngindən atəş açaraq bir nəfəri qətlə yetirmiş və digərini yaralamış Bakı şəhər sakini T.Əsədullazadə tutulmuşdur

05.06.2012

İyunun 5-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisindəki "Badikubə" MMC-yə gəlmiş Bakı şəhər sakini Türkel Əsədullazadə ov tüfəngindən atəş açaraq orada ekspeditor işləyən Samid Məmmədovu qətlə yetirmiş, oranın direktoru Ədalət Qəmbərova isə xəsarət yetirmişdir. T.Əsədullazadə Suraxanı RPİ 33-cü PB əməkdaşları tərəfindən tutulmuş, hadisə zamanı istifadə etdiyi 1 ədəd "TOZ" markalı tüfəng ondan götürülmüşdür.

Bakı şəhər sakini T.Məmmədovu döyərək ondan pulunu almış N.Əkbərov tutulmuşdur

05.06.2012

İyunun 5-də Səbail rayonu ərazisində, Bakı şəhər sakini Novruz Əkbərov naməlum şəxslə birgə, həmyerlisi Təbriz Məmmədovu döyərək, ondan 400 manat pul almışlar. N.Əkbərov Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulmuş, digər şəxsin tutulması üçün tədbirlər davam etdirilir.

Keçmiş arvadına qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış Bakı şəhər sakini S.Çerniyenko tutulmuşdur

05.06.2012

İyunun 5-də Xətai rayonu ərazisində Bakı şəhər sakinləri Sergey Çerniyenko keçmiş arvadı Nataliya Çerniyenkoya qarşı zor tətbiq edərək, mobil telefonunu ondan almışdır. S.Çerniyenko Xətai RPİ 35-ci PB əməkdaşları tərəfindən tutulmuşdur.

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.06.2012

İyunun 5-də saat 15.20 radələrində Qaradağ rayonu ərazisində, Şərur rayon sakini Əziz Orucovun idarə etdiyi "Otoyol" markalı avtobusla, Lənkəran şəhər sakini Nahid Abıyevin idarə etdiyi "KamAZ" markalı avtomaşın toqquşmuşdur. Nəticədə Ə.Orucovun sərnişinlərindən Xanım Abdulova və Nərgiz Abdulova hadisə yerində ölmüş, xəsarət almış digər 14 nəfər sərnişinləri xəstəxanaya yerləşdirilmişlər.

Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yol-nəqliyyat hadisəsi

05.06.2012

İyunun 5-də saat 10.00 radələrində Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində, kənd sakini Ədail Rzayev "Ford Tranzit" markalı avtomaşını idarə edərkən kənd sakini Mirzəli Kazımovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Tərtər rayonunun Qaraqoyunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi

05.06.2012

İyunun 5-də saat 01.00 radələrində Tərtər rayonunun Qaraqoyunlu kəndi ərazisində, kənd sakini Manaf Rəhimov "Moskviç" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı çuxura aşırmışdır. Nəticədə xəsarət almış sürücü və sərnişini Habil Mahmudov xəstəxanaya yerləşdirilmişlər. Sürücü orada ölmüş, sərnişinin vəziyyəti isə orta-ağırdır.

Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.06.2012

İyunun 6-da saat 00.20 radələrində Şəmkir rayonu ərazisində Gəncə şəhər sakini Rəşad İsmayılov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu aşırmış və avtomaşında yanğın baş vermişdir. Nəticədə sərnişin Flora Quliyeva aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.06.2012

İyunun 6-da saat 00.20 radələrində Şəmkir rayonu ərazisində Gəncə şəhər sakini Rəşad İsmayılov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu aşırmış və avtomaşında yanğın baş vermişdir. Nəticədə sərnişin Flora Quliyeva aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış özü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.06.2012

İyunun 6-da saat 00.30 radələrində Cəlilabad rayonu ərazisində Masallı rayon sakini Elvin Rəhmətovun idarə etdiyi "Mitsubishi L-200" və Bakı şəhər sakini Hicran Məhərrəmovun idarə etdiyi "VAZ-21154" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə H.Məhərrəmovun sərnişini Məlahət Məhərrəmova hadisə yerində ölmüşdür.

Gəncə şəhər sakini Q.Əhmədova məxsus evdə yanğın baş vermişdir

05.06.2012

İyunun 5-də saat 13.10 radələrində Gəncə şəhərinin Türklər qəsəbə sakini Qoşqar Əhmədova məxsus evdə yanğın baş vermişdir. Nəticədə evin tavanının yanar konstruksiyaları yanmış, Q.Əhmədovun iki azyaşlı uşaqları yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

İyunun 4-də N.İsmayılova məxsus avtomaşını qaçırmış Yevlax şəhər sakini P.Hüseynov Hacıqabul rayonunun ərazisində saxlanılmışdır

05.06.2012

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdikləri nəticəsində iyunun 4-də Nahid İsmayılova məxsus "VAZ-21015" markalı avtomaşını qaçırmış Yevlax şəhər sakini Pərviz Hüseynov Hacıqabul rayonunun ərazisində avtomaşını idarə edərkən saxlanılmışdır.

Keşlə qəsəbəsi ərazisindəki mağazadan oğurluq etmiş şəxslər tutulmuşlar

05.06.2012

Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tərdbirləri nəticəsində iyunun 5-də Keşlə qəsəbəsi ərazisində, Bakı şəhər sakini Əsgər Ağayevə məxsus mağazadan danışıq kartları oğurlamış şəhər sakinləri Samir Hüseynov, Rəvan Abdullayev və Məkan Aslanov tutulmuşlar.

Mayın 21-də K.Həsənəliyevə qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış qrupun digər üzvləri tutulmuşlar

05.06.2012

Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 21-də Kamran Həsənəliyevə qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış qrupun digər üzvü Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Qasımov və Balakən rayon sakini Elsəvər Mirəliyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların mayın 20-də Ehtiram Qurbanova məxsus "VAZ-2105" markalı avtomaşını qaçırmaları və iyunun 4-də Ruflan Xəlilova məxsus dönərxanadan kassa aparatını və elektrik qızdırıcısını oğurlamaları da müəyyən edilmişdir.

Göygöl rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

05.06.2012

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Göygöl RPŞ əməkdaşları tərəfindən "Gəncə" çayının sahilində yabanı halda bitmiş çəkisi 7 ton 586 kiloqram olan 6 min 954 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.

Suraxanı rayon sakini E.Yusifov dərmandan zəhərlənməsi nəticəsində ölmüşdür

05.06.2012

İyunun 5-də Suraxanı rayonunun Bülbülə qəsəbə sakini Elvin Yusifov evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür.

Şəmkir rayonunda 8 yaşlı V.Hüseynov gölə yıxılaraq boğulmuşdur

05.06.2012

İyunun 5-də Şəmkir rayonunun Sarıtəpə kəndi ərazisində, kənd sakini 8 yaşlı Vahid Hüseynov gölə yıxılaraq boğulmuşdur.

20 Yanvar dairəsinin yaxınlığından 30-35 yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir

05.06.2012

İyunun 5-də Nəsimi rayonundakı 20 Yanvar dairəsinin yaxınlığından 30-35 yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və vəziyyəti ağır olduğundan dindirilməsi mümkün olmamışdır. Əməliyyat-axtarış tədbirləri Nəsimi RPİ 20-ci PB əməkdaşları tərəfindən aparılır.

Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

05.06.2012

İyunun 5-də saat 01.30 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Naib Məmmədov vurulmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya gətirilmiş piyada orada ölmüşdür.

Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi

05.06.2012

İyunun 5-də saat 02.50 radələrində Bakının Nizami rayonu ərazisində, Ağdam rayon sakini Namiq Allahverdiyev "VAZ-2109" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı beton dirəyə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

O.M.