Bakının Türkan qəsəbəsində atışma oldu

Bakının Türkan qəsəbəsində atışma oldu

5 İyun 2012 10:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda silahlı insident olub. Bu barədə Apa-ya Xəzər rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə Türkan qəsəbəsində yerləşən "Eldar" kafesində qeydə alınıb. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Daşqın Nəsirov mübahisə zəminində, tanışı, 1971-ci il təvəllüdlü Faiq Məmmədova "Vinçester" markalı silahdan atəş açıb. Nəticədə iki güllə yarası alan F.Məmmədov xəstəxanaya yerləşdirilib. Hadisəni törədən D.Nəsirov saxlanılıb. Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

O.M.