Qusarda 18 yaşlı oğlan naməlum şəraitdə qətlə yetirilib

Qusarda 18 yaşlı oğlan naməlum şəraitdə qətlə yetirilib

4 İyun 2012 12:27
Bəyəndim (0) Bəyənmədim (0)

Qusar rayonunda qətl hadisəsi baş verib. Apa-nın məlumata görə, Qusar rayonu Yasaboba kənd sakini, 1994-cü il təvəllüdlü İlyasov Minhac Sofi oğlu naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə aparılıb.

Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

O.M