Bakıda 3 nəfər özünü asıb

Bakıda 3 nəfər özünü asıb

4 İyun 2012 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda həftə sonu intihar hadisələri baş verib. Apa-nın verdiyi məlumata görə, Sabunçu rayonu Nardaran qəsəbə sakini, 27 yaşlı Zaur Əliyev yaşadığı ünvanda özünü asıb.

Digər hadisə Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 27 yaşlı Elvin Mustafayev yaşadığı ünvanda özünü asaraq öldürüb.
Daha bir intihar hadisəsi Bakının Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 70 yaşlı Gülər Gülmalıyeva yaşadığı evin həyətində ağacdan özünü asıb.

Hər üç faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

O.M