“Texnikabank”ın həbsdə olan sabiq rəhbərinin səhhətində problemlər var

“Texnikabank”ın həbsdə olan sabiq rəhbərinin səhhətində problemlər var

2 İyun 2012 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

"Texnikabank"ın Müşahidə Şurasının keçmiş sədri Etibar Əliyevlə bağlı yeni məlumat yayılıb. Gunxeber.com-un məlumatına görə, bir müddət əvvəl həbs olunan E.Əliyevin səhhəti ağırlaşıb. Mənbə onun səhhətinin son dərəcə kritik olduğunu bildirib. Qeyd edək ki, E.Əliyevin həbsindən sonra "Texnikabank"ın yeni İdarə Heyətinin sədri postuna məşhur bəstəkar Eldar Mansurovun oğlu Ülvü Mansurov gətirilib.

Bir müddətdir ki, mətbuatda Etibar Əliyevin tezliklə azad olunacağı haqda xəbərlər yayılır. Banka yaxın qaynaqlardan verilən məlumata görə, hazırda E.Əliyevin azad olunması üçün hüquqi məsələlər həll olunur. Gələn ay səhmdarların ümumi toplantısı keçiriləcək və E.Əliyev rəsmən bank rəhbərliyindən uzaqlaşdırılacaq.
Qeyd edək ki, "Texnikabank"ın Müşahidə Şurasının sədri E.Əliyevin və bir neçə əməkdaşının həbsi bankı iflas həddinə gətirib. Son məlumatlara görə, bankın müxbir hesabında cəmi 300 min manat pul qalıb. Həbslərə qədər isə bu məbləğ 50-60 milyon manat olub.

O.M.