
Azərbaycanda 30 mayın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 49 cinayət faktı qeydə alınmış, onların da 27-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 18 nəfər tutulmuşdur.
Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində yol-nəqliyyat hadisəsi
30.05.2012
Mayın 30-da saat 22.00 radələrində Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində Rafiq Sadıqovun idarə etdiyi "QAZ-31" markalı və Vəli Sadıqovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Sadıqov və sərnişinlərindən Çingiz Mahmudov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini, arvadı Gülnar isə xəstəxanaya yerləşdirilmişdir.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.
Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi
30.05.2012
Mayın 30-da saat 13.30 radələrində Sabunçu rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Mədinə Əhmədova vurulmuşdur. Nəticədə xəsarət almış M.Əhmədovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Oğurluq etməkdə şübhəli bilinən şübhəli bilinən Ağdaş rayon sakini Cəmşid Mehdiyev tutulmuşdur
30.05.2012
DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da Yalama Dəmir Yolu Stansiyasının ərazisində Xudat şəhər sakini Mehman Məmmədovun cibindən 370 manatını oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Cəmşid Mehdiyev tutulmuşdur.
Şamaxı rayonu ərazisindəki istirahət mərkəzində işləyən Vaqif Orucovun əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir
30.05.2012
DİN İnsan Alverinə qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şamaxı rayonu ərazisindəki "Göy Qurşağı" istirahət
mərkəzində işləyən Vaqif Orucovun əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilmişdir. Faktla bağlı araşdırma aparılır.
Oğurluq etmiş Bakı şəhər sakini Rauf Əhmədov tutulmuşdur
30.05.2012
Nəsimi RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində mayın 16-da Çingiz Vəlizadənin evindən oğurluq etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Əhmədov tutulmuşdur.
Seymur Məmmədova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Elçin Fərəcov tutulmuşdur
30.05.2012
Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da Seymur Məmmədova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Elçin Fərəcov tutulmuşdur. Aparılmış araşdırmalar nəticəsində hadisə baş verən zaman E.Fərəcovun S.Məmmədovun qardaşı Murada da bıçaqla xəsarət yetirməsi və bu zaman özünün də qolundan xəsarət alması müəyyən edilmişdir.
Aydın Məmmədova bıçaqla xəsarət yetirmiş Gəncə şəhər sakini Beqim Qəhrəmanov tutulmuşdur
30.05.2012
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da Aydın Məmmədova bıçaqla xəsarət yetirmiş Gəncə şəhər sakini Beqim Qəhrəmanov tutulmuşdur.
Şəki rayon sakini Adilə Cəlilova və Biləsuvar rayon sakini Səid Əliyev elektrik cərəyanı vurmasından ölmüşlər
30.05.2012
Mayın 30-da Şəki rayonunun Kiçik Dəhnə kənd sakini Adilə Cəlilovanı həyətində elektrik cərəyanı vurmuş və xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Mayın 30-da Biləsuvar rayonunun Çaylı kəndindəki 5 saylı Orta Məktəbin həyətində, həmin məktəbin 1-ci sinif şagirdi Səid Əliyevi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Bakının Nəsimi rayonunda intihar hadisəsi
30.05.2012
Mayın 30-da Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Sərdar Qasım oğlu Babayev yaşadığı evdə qollarını doğramışdır. O, çoxlu qan itirdiyindən dünyasını dəyişmişdir. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum olmasa da, onun bir müddət əvvəl həyat yoldaşından ayrıldığı bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Gəncə şəhər sakini Aygün Mustafayeva sirkə turşusundan, Masazır qəsəbə sakini Arzu Mustafayev alkoqoldan zəhərlənmişdir
30.05.2012
Mayın 29-da Gəncə şəhər sakini Aygün Mustafayeva evindən sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmişdir.
Mayın 30-da Abşeron rayonu Masazır qəsəbə sakini Arzu Mustafayev evindən alkoqol zəhərlənməsi ilə xəstəxanaya gətirilmişdir.
Səbail rayonu ərazisində, küt alətlə qətlə yetirilmiş 40-45 yaşlı kişi meyiti tapılmışdır
30.05.2012
Mayın 30-da Səbail rayonu ərazisində, küt alətlə qətlə yetirilmiş 40-45 yaşlı kişi meyiti tapılmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Səbail RPİ tərəfindən aparılır.
Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində yol-nəqliyyat hadisəsi
30.05.2012
Mayın 30-da saat 04.00 radələrində Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində, rayon sakini Elbrus Baxışov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu su kollektoruna aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.
O.M.