Bakıda 74 yaşlı anasına fiziki işgəncələr verən 47 yaşlı kişi tutuldu

Bakıda 74 yaşlı anasına fiziki işgəncələr verən 47 yaşlı kişi tutuldu

31 May 2012 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, 1965-ci il təvəllüdlü Sabir Rəşid oğlu Məlikyeqanlı giriş qapısını içəridən bilərəkdən bağlamış və anası - 1938-ci il təvəllüdlü Gülzar Hüseyn qızı Rzayevanın mənzildən çıxmasına yol verməmişdir. S.Məlikyeqanlının üzərində əl qumbarasının olması ehtimalı barədə xilasedicilərə məlumat verilmişdir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin eyvanının dəmir barmaqlıqlarını kəsərək hüquq mühafizə orqanlarının əməkdaşlarının içəri daxil olmalarına şərait yaratmışlar. S.Məlikyeqanlı zərərsizləşdirilmiş, baxış zamanı fiziki təzyiqlərə məruz qaldığı müşahidə olunmuş G.Rzayevaya Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilmişdir. Əməliyyat saat 19:58-də başa çatmışdır.

O.M.