
Bakının mərkəzində kişi meyiti tapıldı
Bakıda naməlum kişi meyiti tapılıb. Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə metronun "İçərişəhər" stansiyası yaxınlığında qeydə alınıb. Üzərində xəsarətlər olan 40 yaşlı kişinin hansı şəraitdə ölməsi məlum deyil. Hazırda onun şəxsiyyətinin və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
O.M.
Digər xəbərlər