Bakıda və Sumqayıtda intihar hadisəsi baş verdi

Bakıda və Sumqayıtda intihar hadisəsi baş verdi

30 May 2012 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda və Sumqayıtda intihar hadisəsi baş verib. Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Bakı şəhər sakini, 22 yaşlı Ceyran Əliyeva yaşadığı evdə özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil. Digər hadisə isə Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində qeydə alınıb. Orada yaşayan Nənəqız Məmmədova özünü ağacdan asaraq intihar edib. Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.