Türkiyə məhkəməsindən oğurluq etmiş şəxs Bakıda həbs olundu

Türkiyə məhkəməsindən oğurluq etmiş şəxs Bakıda həbs olundu

29 May 2012 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Zonquldak şəhər məhkəməsindən 360 min TL pul oğurlayaraq yoxa çıxmış şəxs Bakıda tutulub. Bu barədə APA Türkiyə mətbuatına istinadən məlumat verib. Məhkəmənin kassasında işləyən Həsən.H. adlı şəxs 4 ay əvvəl qeyd olunan məbləğdə pulu məhkəmənin bank hesabına köçürmək üçün götürüb və sonra yoxa çıxıb. Hazırda saxlanılmış şəxsin Türkiyəyə göndərilməsi üçün işlər aparılır.

O.M.