
19 yaşlı qız intihar edib
Bakıda dəhşətli intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Nərimanov rayonunun Əliyar Əliyev küçəsi, 26 ünvanında yerləşən çox mərtəbəli yaşayış binasında qeydə alınıb. Bakı şəhər sakini, 19 yaşlı Arzu Məmmədova həmin ünvanda yerləşən binanın 19-cu mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən yerindəcə keçinib.
İlkin məlumata görə, A. Məmmədova 5 yaşında valideynlərini itirib. Xalasının himayəsində yaşayan A. Məmmədova bu illər ərzində tez-tez intihar edəcəyini deyirmiş. Nəhayət o, dünən, valideynlərinin ölüm günü özünə qəsd edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
O.M
Digər xəbərlər