
Bakıda 18 yaşlı qız bıçaqlanaraq qətlə yetirildi
Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ötən gecə rayon sakini, 18 yaşlı Günel Nəsirova yaşadığı ünvanın qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb. O, aldığı çoxsaylı bıçaq xəsarətlərindən hadisə yerindəcə keçinib. Araşdırmalar nəticəsində qətlin Pərviz Paşapur tərəfindən törədildiyi müəyyənləşib. Hazırda polis həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.
Digər xəbərlər